"Şəki Siti" lideri xalsız yola saldı - VİDEO

21:56 - 12 Mart 2024

Futbol üzrə Azərbaycan II Liqasında XVI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Şəki Siti" doğma meydanda lider "Baku Sportinq"i qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 27-yə yüksəldən "Şəki Siti" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 38 xalı olan "Baku Sportinq" isə liderliyini davam etdirir.

"Şəki Siti" - "Baku Sportinq" 3:2
Qollar: Tural Məmmədzadə, 9, 14, Yusif Cəfərov, 90+4 - Röyal Nəcəfov, 63, Elşad Manafov, 79

Xəbər xətti