Yeni mövsümdən Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq?

17:17 - 15 Mart 2024

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə komanda sayının artırılıb-artırılmayacağı məsələsinə aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AFFA-nın baş hakitib Sərxan Hacıyev məlumat verib.

O, bildirib ki, növbəti mövsümdən də yüksək liqada heç bir artım olmayacaq. Belə ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə də 10 komanda mübarizə aparacaq. Bununla yanaşı, bu mövsüm sonuncu pilləni tutan komanda Birinci Liqaya yuvarlanacaq. 

Xəbər xətti