"Liverpul" bu futbolçu üçün 116 milyon avro ödəməyə hazırdı

16:54 - 16 Mart 2024

"Liverpul" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi "Bavariya"da çıxış edən Camal Musialanın xidmətində maraqlıdır. Bu barədə "Football İnsider" məlumat yayıb.

Premyer Liqa klubu 23 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün Münhen təmsilçisinə 116 avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Bavariya" Camal Musialanı 2019-cu ilin yayında "Çelsi" akademiyasından transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti