Şahruddin 90 dəqiqə oynadı, "Adana Demirspor" qalib gəldi

23:42 - 16 Mart 2024

Türkiyə Super Liqasında 30-cu turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” doğma meydanda "Sivasspor"u qəbul edib. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.

30 turdan sonra 39 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər xətti