"Bavariya"nın forvardı Bundesliqanın rekorduna imza atdı

09:34 - 17 Mart 2024

Harri Keyn Almaniya çempionatında rekorda imza atıb.

Sportal.az xəbər verir ki, “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Almaniya çempionatının 26-cı turunun "Darmştadt"la oyununda növbəti qolunu vurub.

Bu, onun Bundesliqadakı debüt mövsümündə 31-ci qolu kimi tarixə keçib.

İndiyədək heç kim debüt mövsümündə Keyn qədər qol vurmamışdı.

30 yaşlı futbolçu yay “Tottenhem”dən “Bavariya”ya keçmişdi. Onun Münhen klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti