Yığmamız Sloveniya ilə bacarmadı, böyük hesabla uduzdu

15:34 - 17 Mart 2024

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində B liqasının 2-ci qrupunda növbəti oyununu keçirib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Sloveniya yığması ilə qarşılaşan millimiz 0:4 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, Azərbaycan milli komandası 2-ci raundda son oyununu martın 20-də, saat 17:30-da Moldovanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Xəbər xətti