"Qarabağ" azarkeşlərinə görə cərimələndi

18:25 - 18 Mart 2024

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Premyer Liqanın 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

16.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVII turun “Araz-Naxçıvan” – “Qəbələ” oyununun 59-cu dəqiqəsində “Araz-Naxçıvan” klubunun 27 nömrəli futbolçusu Numan Kurdiç rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 41);

17.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVII turun “Turan Tovuz” – “Qarabağ” oyunu bitdikdən sonra tunel, texniki zona və miks zonaya “A buraxılışı” vəsiqəsi olmayan şəxslər buraxıldığına görə “Turan Tovuz” klubu 500 manat cərimə edilir (maddə 51.8);

17.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVII turun “Turan Tovuz” – “Qarabağ” oyununun 6-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

17.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVII turun “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);

Xəbər xətti