Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik edildi

22:41 - 18 Mart 2024

Bolqarıstan yığmasının FİFA mini-turniri üçün Bakıya yola düşməsi öncəsi heyətində dəyişiklik olub.

Sportal.az xəbər verir ki, müdafiəçi Andrey Yordanov (“Pirin”) Bolqarıstan yığmasına dəvət edilib.

O, səhhəti ilə əlaqədar heyətdən çəkilən İvan Turitsovu əvəz edəcək.

Xatırladaq ki, Bakıda Bolqarıstan millisi Tanzaniya (22 mart) və Azərbaycan (25 mart) komandaları ilə qarşılaşacaq.

Xəbər xətti