"Kəpəz" mövsümün sonuna qədər ev oyunlarını bu stadionda keçirəcək

14:49 - 19 Mart 2024

"Kəpəz"in mövsümün sonuna qədər ev oyunlarını harada keçirəcəyi bəlli olub.

Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisinin seçimləri arasında "Azərsun Arena", Şamaxı şəhər stadionu, "Kapital Bank Arena" olsa da, sonda klub yaxın bölgədə oynamağı seçib.

Belə ki, "Turan Tovuz"la danışıqlar müsbət yekunlaşıb və “Kəpəz” də mövsümün qalan hissəsində ev oyunlarını məhz Tovuz şəhər stadionudna keçirəcək.

“Kəpəz”in Premyer Liqanın 28-ci turunun “Qarabağ”la ev oyununu isə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi dəqiqləşib. 

 

Xəbər xətti