Türkiyə millisinin üzvü "Spartak"a doğru

09:17 - 20 Mart 2024

"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu Rusiyaya yollana bilər.

Sportal.az "Championat.com"a istiadən xəbər verir ki, "Spartak"(Moskva) yarımmüdafiəçi üçün təklif irəli sürüb.

Rusiya nəhəngi onun üçün yüksək məbləğ təklif edib.

Keremin "Qalatasaray"la müqaviləsi 2026-cı ilin iyunun 30-na qədərdir. O, mövsümün sonunda Rusiyaya yollanıb-yollanmayacağına qərar verəcək. 

Xəbər xətti