Avstraliya mətbuatı: "Premyer Liqanın "Qarabağ" üçün asan keçməsi təəccüblü deyil"

16:24 - 20 Mart 2024

Avstraliya mətbuatı da “Qarabağ”ın Avropa Liqasındakı uğurlu çıxışına biganə qalmayıb.

Sportal.az xəbər verir ki, “ESPN Australia” heç bir intriqanın qalmadığı çempionatlardan yazarkən, “Qarabağ” da Azərbaycan Premyer Liqasındakı dominantlığını qeyd edib: 

"Qarabağ" "Bayer"i Avropa Liqasından kənarlaşdırılmağın astanasındaydı (2:2, 2:3). Bununla da, diqqətləri öz üzərinə çəkdi. "Bayer"lə oyunlara baxdıqda, Azərbaycan Premyer Liqasının “Qarabağ” üçün asan keçməsi təəccüblü deyil".

Qeyd edək ki, "atlılar" "Sabah"ı 26 xal qabaqlayır və Azərbaycan kubokunda da yarımfinala adlayaraq “qızıl dubl”u gerçəkləşdirəcəyini ümid edir. Hansı ki, onlar gözlənilmədən ötən mövsüm turnirin 1/4 final mərhələsindən kənarda qalaraq “qızıl dubl”u reallaşdıra bilməmişdilər.

Xəbər xətti