"Qarabağ" yarımfinala vəsiqə qazandı

09:19 - 21 Mart 2024

"Qarabağ"ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirində yarımfinala yüksəlib.

Sportal.az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komanda 1/4 finalda “Baltika” ilə qarşılaşıb.

1:0 hesablı qələbə qazanan təmsilçimizin qolunu 32-ci dəqiqədə Cavidan Əlizadə vurub. "Atlılar" finala gedən yolda “Pskov”la üz-üzə gələcəklər. Matç bu gün keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina”ya 6:0, “Rotor”a 2:0 hesabı ilə qalib gəlib. U-14 qrupun son matçında Belarusun BATE klubuna uduzaraq (0:1) qrupdan ikinci yerlə çıxıb.

Xəbər xətti