"Arsenal" bu hücumçu üçün 100 milyon avro ödəməyə hazırdı

15:15 - 21 Mart 2024

İngiltərənin "Arsenal" klubu növbəti mövsüm üçün hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Sportinq"də çıxış edən Viktor Gyökeresin xidmətində maraqlıdır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Arsenal" isveçli futbolçunun müqaviləsində nəzərdə tutulan 100 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, "Sportinq" Viktor Qyökeresi mövsümün əvvəlində "Koventri"dən transfer edib. 25 yaşlı forvard Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 36 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti