"Barselona"nın futbolçusu Premyer Liqaya qayıda bilər

18:46 - 21 Mart 2024

"Barselona"nın futbolçusu Rafinya yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Tottenhem" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

London klubu 27 yaşlı on xətt oyunçusu üçün Kataloniya təmsilçisi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm İspaniya klubun heyətində meydana çıxdığı 28 rəsmi matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kkubla müqaviləsi 2027-ci ilin iyun ayına kimidir.

Xəbər xətti