"Real", PSJ və "Mançester Siti" 16 yaşlı futbolçunu transfer etmək istəyir

18:07 - 25 Mart 2024

"Real" yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İspaniya klubu "River Pleyt"də çıxış edən Franko Mastantuononun xidmətində maraqlıdır. Bu barədə "Marca" nəşri məlumat yayıb.

16 yaşlı hücumameyilli yarımmüdafiəçinin Argentina klubu ilə müqaviləsində 45 milyon avroluq sərbəstqalma məbləği var. Gənc futbolçu ilə PSJ və "Mançester Siti"də maraqlanır.

Qeyd edək ki, Franko Mastantuono istedadlı oyunçu bu ilin yanvar ayından əsas komandanın heyətində çıxış edir. O, 10 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti