Madrid klubu kapitanla yeni müqavilə imzaladı - RƏSMİ

19:19 - 25 Mart 2024

İspaniyanın "Atletiko" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Kokenin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yayına kimi La Liqa klubunda qalacaq.

Qeyd edək ki, Koke "Atletiko"nun yetirməsidir. Kapitan karyerası ərzində yalnız bu klubda çıxış edib. İspaniya millisinin üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 625 rəsmi matçda 47 qol və 116 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti