"Arsenal" 20 yaşlı müdafiəçi üçün 80 milyon avro ödəməyə hazırdı

20:25 - 25 Mart 2024

"Arsenal" növbəti mövsüm üçün transfer çalışmalarına start verib.

Sportal.az xəbər verir ki, London təmsilçisi müdafiə xəttini "Sportinq"də çıxış edən Usman Diomande ilə gücləndirməyi planlaşdırır. Bu barədə "O Jogo" nəşri məlumat yayıb.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta 20 yaşlı mərkəz müdafiəçisinin transferində israrlıdır. Gənc oyunçunun müqaviləsində yer alan sərbəstqalma məbləği 80 milyon avrodur. "Topçular" bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Arsenal" Usman Diomandeni 2023-cü ilin yayında "Midyullan"dan transfer edib. Fil Dişi Sahili milli komandasının üzvü bu mövsüm Portuqaliyalı klubunun heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti