Braziliya millisinin hücumçusu 2 il müddətinə futboldan uzaqlaşdırıldı

17:35 - 26 Mart 2024

Braziliyanın "Flamenqo" klubunun hücumçusu Qabriel Barbosa 2 il müddətinə futboldan uzaqlaşdırılıb.

Sportal.az xəbər verir ki, buna səbəb 27 yaşlı futbolçunun dopinq testi zamanı saxtakarlıq etməsidir. Braziliyalı forvard oyundan bir gün öncə verilən dopinq testi zamanı qayda pozuntusuna yol verib.

Onun cəzası 8 aprel 2023-cü il tarixindən hesablanacaq. "Qabiqol" ləqəbli futbolçu aprel ayında başlayacaq ölkə çempionatında bir mövsümü buraxacaq. O, 2025/26 mövsümündən etibarən yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, Qabriel Barbosa Braziliya milli komandasının heyətində 18 oyunda meydana çıxıb və 5 qol vurub.

Xəbər xətti