"Bavariya"nın qolkiperi İtaliya klubuna keçir

09:34 - 27 Mart 2024

"Roma" "Bavariya"nın qapıçısı Aleksandr Nübeli transfer etməyi planlaşdırır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, icarə əsasında "Ştutqart"da çıxış edən almaniyalı qolkiper İtaliya yollanmağa müsbət yanaşır. 

Sadəcə "canavarlar" Nübel üçün lazım olan transfer məbləğini ödəmək istəmir. Bunun üçün onu icarəyə götürmək istəyir. "Bavariya" qolkiperi üçün 15 milyon avro tələb edir. 

27 yaşlı qolkiper bu mövsüm 27 matçda çıxış edib, 31 qol buraxıb.

Xəbər xətti