Erlinq Haaland "Barselona"ya keçə bilər

17:50 - 27 Mart 2024

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, norveçli forvardın xidmətində "Barselona" maraqlıdır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

"Barselona"nın idman direktoru Deko ötən ay Hallandın meneceri Rafaela Pimenta ilə görüşüb. Kataloniya təmsilçisi 23 yaşlı forvardı yay transfer pəncərəsi üçün əsas hədəf olaraq müəyyənləşdirib.

Qeyd edək ki, "Mançester Siti" Erlinq Haalandı 2022-ci ilin yayında Dortmund "Borussiya"sından transfer edib. Norveç yığmasının üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 34 rəsmi matçda 29 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Ulduz futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimidir.

Xəbər xətti