"Beşiktaş" milli üzvünü transfer etmək istəyir

20:53 - 27 Mart 2024

"Borussiya"nın futbolçusu Salih Özcan komandadan ayrılmaq istəyir.

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi az forma şansı qazanmasından narazıdır. Türk oyunçu daha çox oynaya biləcəyi komandaya getmək niyyətindədir.

"Beşiktaş" Türkiyə millisinin üzvünü heyətinə qatmaq istəyir. İstanbul təmsilçisi futbolçunun transferi üçün klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Borussiya" Salih Özcanı 2022-ci ilin yayında "Köln"dən transfer edib. O, cari mövsümdə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda qol və ya assistlə yadda qalmayıb.

Xəbər xətti