"Real"ın hücumçusu "Mançester Yunayted"ə keçə bilər

21:49 - 28 Mart 2024

İcarə əsasında "Real"da çıxış edən Xoselu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Espanyol"un hücumçusunu "Mançester Yunayted" transfer etmək istəyir. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" 34 yaşlı forvardı heyətinə qatmaq üçün İspaniya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Xoselu 2023-cü ilin yayından "Real"da çıxış edir. İspaniya millisinin üzvü madrid təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti