Xabi Alonsodan gələcəyi ilə bağlı qərar

09:59 - 29 Mart 2024

"Bayer"in baş məşqçisi Xabi Alonso gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, ispan mütəxəssis növbəti mövsümdə də Leverkuzen təmsilçisini çalışdıracaq. Bu barədə "Sky Sports" məlumat yayıb.

"Liverpul" və "Bavariya"nın onunla maraqlanmasına baxmayaraq, 42 yaşlı məşqçi hazırkı klubunu tərk etməyəcək.

Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabr ayından "Bayer"i çalışdırır. Komanda bu mövsüm bütün turnirlər daxil olmaqla məğlubiyyət görməyib.

Xəbər xətti