"Trabzonspor" gürcü hücumçunu transfer etmək istəyir

13:17 - 29 Mart 2024

Türkiyənin "Trabzonspor" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Karlsruer"də çıxış edən Budu Zivzivadzenin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Trabzonspor"un skautları 30 yaşlı hücumçunu Gürcüstün - Yunanıstan matçında izləyib. Təcrübəli forvardın oyununu bəyənən Qara Dəniz təmsilçisi onu transfer etmək üçün Almaniya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Karlsruer" Budu Zivzivadzeni 2023-cü ilin yanvar ayında "Fehervar"dan transfer edib. Gürcüstan millisinin üzvü bu mövsüm II Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 10 qol və  2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviəsi 2025-ci ilin yayına kimidir.

Xəbər xətti