"Roma"nın baş məşqçisi "Fiorentina"nı çalışdıra bilər

15:42 - 29 Mart 2024

“Fiorentina” “Roma”nın baş məşqçisi Daniele De Rossini baş məşqçi postuna gətirməyi planlaşdırır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “bənövşəyilər”in rəhbərliyi hazırkı çalışdırıcısı Vinçenzo Italianonu məhz De Rossi ilə əvəz etmək istəyir.

Məsələ burasındadır ki, De Rossinin Florensiya klubunun rəhbərliyi ilə münasibəti yaxşıdır. Lakin onun “Roma”dan ayrılıb-ayrılmayacağı bəlli deyil.

De Rossi futbolçu karyerası ərzində 2001-2019-cu illərdə “Roma”, 2019-2020-ci illərdə isə “Boka Xuniors”un formasını geyinib. “Roma” hazırda  A Seriyasında 5-ci pillədir.

Xəbər xətti