Minifutbol çempionatı: "Real" heç-heçə oynadı, ölkə çempionu finala yaxınlaşdı

09:18 - 17 Aprel 2024

Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları başa çatıb.

Sportal.az xəbər verir ki, "Aznur" "Real Bakı" ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb.

"Birbaşa Bakı" isə "Odlar Yurdu" ilə üz-üzə gəlib. Son ölkə çempionu olan "Birbaşa Bakı" rəqibini 2:0 məğlub edib.

Cavab qarşılaşmaları aprelin 20-də keçiriləcək.

Xəbər xətti