"Qarabağ"ın veteran forvardı Samir Musayev Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun bu mövsümkü çıxışını dəyərləndirib.
- "Qarabağ" "Neftçi" ilə ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə 4:1 qalib gələrək finala vəsiqəni rəsmiləşdirdi. "Qarabağ" ümumilikdə iki görüşdə "Neftçi"yə 8 qol vurdu. "Neftçi"nin "Qarabağ" qarşısında bu qədər aciz görünməsini nə ilə əlaqələndirirsiz?
- Azərbaycan çempionatında bütün komandalar "Qarabağ" qarşısında acizdir. Çünki "Qarabağ" həm futbolçu baxımından, həm də oyun baxımından, həm də avrokuboklardakı təcrübə baxımından çempionatda bütün komandalardan üstündür. Təbii ki, bu "Qarabağ" üçün yaxşıdır. Amma digər tərəfdən də pisdir. Çünki komandaların zəif olması həm "Qarabağ"ın avrokubokdakı oyunlarına, həm də milli komandaların oyunlarına mənfi təsir göstərir. Ona görə istəyərdim ki, bütün komandalarımız ən azı "Qarabağ" kimi güclü olsun ki, rəqabət də yüksək olsun, futbolumuz inkişaf etsin. "Qarabağ"ın iki oyunun cəmində "Neftçi"yə 8 qol vurması isə komandaların gücünü göstərir. İnanıram ki, bir gün çempionatımız da maraqlı olacaq.
- Yəqin ki, bu iki matçdakı nəticələr də sizin üçün gözlənilməz deyildi? Sizcə, "Neftçi" "Qarabağ" qarşısında necə nəticə qazana bilərdi, ümumiyyətlə şansı var idi?
- "Neftçi"nin şansı az idi. Ancaq yenə də müqavimət göstərə bilərdi. "Neftçi" futbolçu problemi var, yəni lazımı səviyyədə futbolçuları yoxdur. Bəlkə də, bu məşqçi "Neftçi"ni nə vaxtsa düzəldəcək. Ancaq yenə də hər şey yaxşı futbolçu transferindən asılıdır.
- "Qarabağ" - "Zirə" finalı haqda nə düşünürsüz? Sizcə, "Qarabağ" "qızıl dubl" etməyi bacaracaq?
- Niyə də etməsin? "Qarabağ" mövsümü "qızıl dubl"la başa vurmağa çox yaxındır. Ancaq "Zirə" də bu oyuna qələbə qazanmaq üçün çıxacaq. Bizi çox maraqlı oyun gözləyir.
- Bu gün isə "Qarabağ" Premyer Liqanın 32-ci turu çərçivəsində "Sumqayıt"ın qonağı olacaq. Ev sahibi komanda avrokuboklar uğrunda mübarizə aparır. Matç haqda fikriniz necədir?
- Gedib-getməməsi futbolçuların qərarından asılıdır. Qurban Qurbanov gedə biləcək əsas futbolçuların əvəzinə futbolçu transfer edəcək. Çünki indi Çempionlar Liqasının qrupuna düşmək şansımız daha çoxdur. Ona görə də, yaxşı futbolçulara ehtiyac olacaq. Qurban Qurbanov hər şeyi daha yaxşı bilir. Nələr olacağını görəcəyik.
- "Qarabağ"ın futbolçularının adı tez-tez xarici klublarla hallanır. Necə düşünürsüz, bu komanda yeni sezon üçün heyətini qoruyub-saxlaya biləcək?
- "Sumqayıt" çempionatın bəlkə də ən vacib oyununa çıxır. Çünki nə olursa-olsun qalib gəlməlidilər. Bunun üçün hər şey edəcəklər. Amma qarşısında ölkə çempionu olacaq. Bu da "Sumqayıt"ın işini çox ağırlaşdırır. Bəlkədə, başqa komanda ilə qarşılaşsaydılar, "Sumqayıt" üçün bu qədər stresli matç olmazdı. Çünki futbolçular və məşqçilər oyunun vacibliyini yaxşı anlayırlar.
- Bu mövsümkü uğurlu nəticələrdən sonra “Qarabağ”ın yeni sezon Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyini gözləyənlər az deyil. Sizcə, Ağdam təmsilçisi bunu ikinci dəfə reallaşdıracaq?
- Əlbəttə ki, realdır. "Qarabağ" bunu avrokuboklardakı oyunlarda sübut etdi. Çempionlar Liqasına düşmək üçün Qurban Qurbanov onu da edəcək. Əgər ethiyac varsa, yeni futbolçuları da "Qarabağ"ın heyətində görəcəyik. "Qarabağ" uzun illərdir ki, düzgün strategiya və ağıllı planlarla avrokuboklarda hər il qruplara düşür.
Mirbağırağa