İtaliya klubunun üzvü Avropa çempionatında iştirak edə bilməyəcək

10:34 - 17 Aprel 2024

Şotlandiya millisi Avropa çempionatı öncəsi ciddi itki üzləşib.

Sportal.az xəbər verir ki, “Bolonya”nın və Şotlandiya yığmasının yarımmüdafiəçisi Luis Ferqyuson Almaniyada keçiriləcək Avropa çempionatını buraxacaq.

Futbolçuya dizin ön çarpaz bağlarının zədələnməsi diaqnozu qoyulub. Onun 9 aya qədər yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Bu mövsüm 24 yaşlı futbolçu "Bolonya"nın heyətində bütün yarışlarda 34 oyun keçirib. “Hamilton” və “Aberdin”də oynamış şotlandiyalı 2022-ci ildən “Bolonya”nın formasını geyinir. O, 2021-ci ildə isə Şotlandiya yığmasında debüt edib.

Əlavə edək ki, Şotlandiya AVRO-2024-də Almaniya, Macarıstan və İsveçrə ilə birlikdə A qrupunda yer alıb.

Xəbər xətti