Türkiyə Super Liqasında 24-cü tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə "Beşiktaş" səfərdə "Eyüpspor"un qonağı olub. İstanbul təmsilçilərinin dueli "qara qartallar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 41-ə yüksəldən "Beşiktaş" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 40 xalı olan "Eyüpspor" isə 5-ci yerdədir.
"Eyüpspor" - "Beşiktaş" 1:3
Qollar: Tayfur Bingöl, 1 - Rafa Silva, 18, Milot Raşitsa, 45+2, Semih Kılıçsoy, 60