"Mançester Yunayted" "Barselona"ya 100 milyon avro təklif edəcək

12:23 - 22 Fevral 2025

"Barselona"nın kapitanı Ronald Arauxo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" uruqvaylı mərkəz müdafiəçisini transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" yayda 25 yaşlı futbolçu üçün İspaniya klubuna 100 milyon avroluq rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Barselona" Ronald Arauxonu 2018-ci ilin yayında ölkəsinin "Boston River" klubundan transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2031-ci ilin iyun ayına kimidir.

Xəbər xətti