FIFA Türkiyənin "Adana Demirspor" klubuna növbəti dəfə ağır cəza verib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisinin 6 xalı silinib. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
Bu cəzadan sonra "mavi şimşəklər"in xalı -3-ə düşüb.
"Adana Demirspor" cari mövsümdə üçüncü dəfədir ki, xal silinmə cəzası ilə üzləşir. Bir mddət əvvəl FIFA kluba 3 xal silinmə cəzası vermişdi. "Qalatasaray"la oyunda meydanı tərk etdiyi üçün Adana təmsilçisinə TFF də eyni cəzanı verib.
saytlarin hazirlanmasi