İstanbul klubunun hücumçusu Qətərə üz tutdu

21:42 - 2 İyun 2025

"Başakşehir"in hücumçusu Kristof Pyontek karyerasını Qətərdə davam etdirəcək.

Sportal.az xəbər verir ki, İstanbul klubu polşalı forvardı "Əl-Duhail"ə satıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qətərlilər Pyontek üçün "Başakşehir"ə 11 milyon avro təzminat ödəyib. 29 yaşlı futbolçu "Əl-Duhail"lə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki,  "Başakşehir" Kristof Pyonteki 2023-cü ilin yayında "Herta"dan transfer etmişdi. Polşa millisinin üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 31 qol və 5 məhsulddar ötürmə ilə yadda qalıb.

Xəbər xətti