Macarıstan yığması Bakıda (10 iyun) Azərbaycanla keçirəcəkləri yoldaşlıq oyunu öncəsi iki dəyişiklik edib.
Sportal.az “Nemzeti Sport”a istinadən xəbər verir ki, hücumçu Daniel Qazdaq və yarımmüdafiəçi Miloş Kerkez İsveçlə oyundan sonra komandadan ayrılıb. Baş məşqçi Marko Rossi əvvəlcə Qazdaqın cəmi bir oyun keçirməsini planlaşdırmışdı, Kerkezin isə yoxluğu onun "Liverpul"la müqavilə imzalamaq üçün İngiltərəyə getməsi ilə bağlı idi.
Qeyd edək ki, Azərbaycan - Macarıstan görüşü iyunun 10-da keçiriləcək.
saytlarin hazirlanmasi