21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Monteneqro millisi ilə üz-üzə gələcək. Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, U-21 iyunun 4-də səfərdə Belarusdan olan həmyaşıdlarına 1:3 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi