Ərəblər şirnikləndirdi, “Neftçi“ və “Zirə“dən gələn təklifləri də geri çevirdi

18:07 - 8 İyun 2025

“Turan Tovuz”da qalmaq istəməyən Alexandro Serrano Azərbaycanla birdəfəlik vidalaşmağı lazım bilib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, ispaniyalı legioner “Neftçi“ və “Zirə“dən gələn təklifləri də geri çevir ib.

Səbəb maliyyə şərtləridir. Prineyli yarımmüdafiəçiyə Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Malyaziyadan daha sərfəli dəvətlər gəlib.

Ona isə pul indi daha çox maraqlıdır. Serrano ayda 20 min dollar ödəməyə hazır olan Asiya klublarından birini seçməyə hazırlaşması barədə “Turan Tovuz“ rəsmilərini məlumatlandırıb.

Tovuz klubu səbəbkara bu qədər ödəmə etmək niyyətində deyil. Ona təklif olunan aylıq maaş 13 min dollardır.

Avropalı qiymət məsələsində güzəştə getməkdən israrla boyun qaçırıb. Klub rəhbərliyindən bu yöndə danışıqları uzatmamağı tələb edib.

2023-cü ilin yayında “Hebar”dan bura gələn əcnəbi bu mövsüm 30 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti