"Zirə"nin forvardı Davit Volkov Gürcüstan millisində növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Villi Sanyolun rəhbərlik etdiyi kollektiv Kabo Verde ilə qarşılaşıb.
Kutaisidə baş tutmuş matç 1:1 yekunlaşıb. "Zirə"nin hücumçusu Davit Volkov meydana 54-cü dəqiqədə daxil olub.
Gürcüstan - Kabo Verde 1:1
Qollar: Saba Lobjanidze 45+1 - Rayan mendes 80