"Başqa məşqçi gələrsə, millidə nəticə olacağından əminsiz?" - MÜSAHİBƏ

11:56 - 9 İyun 2025

Azərbaycan millisinin sabiq forvardı, uzun illər Latviyada oynamış Vüqar Əsgərov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi Latviya ilə bərabərə qaldı. Həmin görüşü stadiondan canlı izləyənlər arasında sən də var idin. Matçdan gözləntilərin nə idi və nə gördün?

- Federasiyaya təşəkkürümü bildirirəm. Məni VİP lojaya dəvət etmişdilər. Azərbaycanın bütün rəsmiləri ilə birlikdə oturmuşdum. Hətta məşqə də dəvət etmişdilər. Çox xoş idi. Tabloda sonda 0:0 hesabını gördüm. Millimizin üzvlərinin keyfiyyəti var idi. Amma Latviyaya da afərin. Düzü, Azərbaycan millisinin qələbəsini görmək istəyərdim.

- Azərbaycan millisi haqda hansı fikirdəsən? Səncə, milli daha da güclənib, yoxsa zəifləyib?

Hamınız statistikanı bilirsiz. İki bərabərlik, 7 məğlubiyyət var. Bu barədə çox danışmağa da ehtiyac yoxdur.

- Fernandu Santuş milli komandamıza rəhbərlik etməyə başladıqdan sonra yığma qələbəsiz qalıb. Səncə, portuqaliyalı mütəxəssislə yola davam etmək vaxt itkisidir? Yoxsa, perspektiv görürsən?

Mən karyeramı bitirmişəm və bu haqda danışa bilmərəm. Fernandu Santuşu milliyə kim dəvət edib, ondan soruşmaq lazımdır. Başqa məşqçi gələrsə, millidə nəticə olacağından əminsiz?

- Millidəki futbolçu seçimi, futbolçu keyfiyyəti barədə hansı fikirdəsən? Məsələn, hansısa futbolçu var ki, əksər oyunçularımız onun səviyyəsində olsaydı, daha yaxşı nəticələr görə bilərdik?

Əlbəttə, millidə yaxşı futbolçular var. Gənc oyunçulara da sahibik. Amma görünən odur ki, nəsə çatışmır. Baxırsan ki, futbolçularda keyfiyyət də var. Klublarında da əsas rolu sahiblənən oyunçulardır. 

-Azərbaycan millisini DÇ-2026-nın seçmə mərhələsində Fransa, Ukrayna, İslandiya kimi rəqiblərlə oyunlar gözləyir. Bu görüşlərdən gözləntilərin nədir?

İndidən bu millilər haqda düşünməyək. Çünki sabah Macarıstana qarşı yoxlama görüşü var. Hazırda yalnız bu görüş barədə düşünmək lazımdır. Ümdivaram ki, hər şey uğurlu alınacaq.

Mirbağırağa

Xəbər xətti