DÇ-2026-nın seçmə mərhələsində D qrupunda Azərbaycan millisinin rəqibi olan Ukrayna Torontoda keçirilən “Canadian Shield Four Nations” turnirində ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, ilk görüşdə Kanada ilə qarşılaşan Ukrayna yığması 2:4 hesabı ilə məğlub olub.İyunun 10-da millimizin rəqibi bu turnirdə Yeni Zelandiya yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, dünya çempionatının seçmə mərhələsində Azərbaycan sentyabrın 9-da və oktyabrın 13-də Ukrayna ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi