"Milan"ın futbolçusu "Napoli"yə keçmək istəyir

16:58 - 10 İyun 2025

"Milan"ın yarımmüdafiəçisi Yunus Musa A Seriyasında klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Napoli" amerikalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte Musanın xidmətində maraqlıdır. Klublar arasında danışıqlar davam edir. 22 yaşlı oyunçu özü "Napoli"yə keçməyə isti yanaşır.

Qeyd edək ki,  "Milan" Yunus Musanı 2023-cü ilin yayında "Valensiya"dan transfer edib. ABŞ millisinin üzvü ötən mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti