"Kəpəz"in yeni baş məşqçisi açıqlandı

18:15 - 10 İyun 2025

Adil Şükürov "Kəpəz"in yeni baş məşqçisi təyin olunub.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssislə 2 illlik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, məşqçi 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"i çalışdırıb. 

Adil Şükürov "Kəpəz"də futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə Gəncə təmsilçisinin heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

Xəbər xətti