Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun "Motor"da debütü reallaşıb.
Sportal.az xəbər verir ki, Polşa çempionatının ilk turunda Dadaşovun komandası "Arka"nı qəbul edib.
Matç "Motor"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 50-ci dəqiqədə Jak Ndiaye vurub.
Renat Dadaşov meydana 46-cı dəqiqədə daxil olub və 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
saytlarin hazirlanmasi