"Araz-Naxçıvan"ın rəqibi "Nant"ın hücumçusunu transfer etdi - RƏSMİ

13:57 - 22 İyul 2025

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində"Araz-Naxçıvan"ın rəqibi olan "Aris" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Saloniki təmsilçisi "Nant"dan Tino Kadevereni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Zimbabveli forvardlaa 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” arasında ilk oyun iyulun 24-də Bakıda, cavab görüşü isə iyulun 31-də Salonikidə keçiriləcək.

Xəbər xətti