"İnter" və "Arsenal" meksikalının transferi üçün rəqabət aparır

21:46 - 22 İyul 2025

“Arsenal” və “İnter” eyni futbolçunu istəyir.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, söhbət “Monterrey” və Meksika millisinin üzvü German Berteramedən gedir.

26 yaşlı forvard Klublarası dünya çempionatında göstərdiyi performansla bir çox top klubların transfer siyahısına düşüb. Həm vinger, həm də mərkəz hücumçusu kimi oynamağı bacaran Germanın hansı seçimi edəcəyi yaxın günlərdə dəqiqləşəcək.

Onun “Monterrey”lə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. Argentinada dünyaya gələn Meksika millisinin üzvü “San Lorenzo”, “Patronato”(hər ikisi Argentina) “Atletiko San Luis”(Meksika) komandalarında oynayıb.
 

Xəbər xətti