"Neftçi" Polşa klubu ilə bərabərə qaldı

15:42 - 22 İyul 2025

Polşada təlim-məşq toplanışında iştirak edən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirib. 

Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv "Termalika" ilə 2:2 oynayıb.

"Neftçi” – “Termalika” (Polşa) - 2:2
Qollar:
Freddi Varqas, 10, Bassala Sambu, 78
“Sportovi novini” stadionu

Qeyd edək ki, "Neftçi" Polşadakı ilk yoxlama görüşündə “Hapoel”lə (Təl-Əviv, İsrail) 1:1 oynamışdı. "Ağ-qaralar" iyulun 27-də Yunanıstan “Asteras” və avqustun 1-də Kiprin AEL(Larnaka) klubu ilə üz-üzə gələcək. 

Xəbər xətti