Tanınmış klubdan transferlə bağlı açıqlama: "Rusiya komandalarına şanslarının olmadığını dedik"

12:22 - 24 İyul 2025

"Monako" Rusiya klublarının Aleksandr Qolovinlə bağlı təkliflərini rədd edib.

Sportal.az “L`Equipe” nəşrinə istinadən xəbər verir ki, Fransa klubu Qolovin üçün Rusiyadan gələn təkliflər üçün bu cür açıqlama yayıb:

"Bizə zəng edən Rusiyanın bütün klublarına bu yay şanslarının olmadığını dedik".

Qeyd edək ki, Rusiya millisinin üzvü “Monako”nun heyətində 232 oyun keçirib, 34 qol vurub və 40 məhsuldar ötürmə edib.

29 yaşlı futbolçunun “Monako” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
 

Xəbər xətti