“Neftçi” Falaye Sakonu transfer etməkdə maraqlıdır.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, hazırda Mali millisinin sağ cinah müdafiəçisi ilə danışıq aparılır.
“Ağ-qaralar” afrikalının məxsus olduğu “Monpelye”ni də artıq bu barədə məlumatlandırıb. Çünki 30 yaşlı afrikalının Fransa klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.
“Monpelye” 2023-cü ilin yayında onun keçidi üçün Portuqaliya “Vitoriya”sına 1,3 milyon avro ödəyib. Bir illik müqaviləsi qalan müdafiəçinin hazırkı transfer dəyəri də bu qədərdir.
Bakılılar onun üçün təzminat ödəməyə hazırdır. Amma göstərilən məbləğ qədər yox.
Təklif edilən kompensasiya bundan 3 dəfə aşağıdır. Fransızlar hələlik qəti qərarlarını verməyib - razılaşa da bilərlər, razılaşmaya da.
Hər halda “Neftçi” onlardan cavab gözləməkdə davam edir. Ən azı daha 10 gün səbrli davranacaqlar.
Falaye Sako karyerası ərzində Macarıstan, Belçika, Portuqaliya və Fransada legioner həyatı yaşayıb.
saytlarin hazirlanmasi