"Arsenal" "Sportinq"i razı saldı - isveçli hücumçu Londona yollanır

16:14 - 24 İyul 2025

"Arsenal" "Sportinq"in hücumçusu Viktor Dyökereşin transferini yekunlaşdırmaq üzrədir.

Sportal.az xəbər verir ki, artıq klublar arasında razılıq əldə olunub. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İsveçli forvard 24 saat ərzində London klubu üçün tibbi müayinədən keçəcək.

Qeyd edək ki, "Sportinq" Viktor Dyökereşi 2023-cü ilin yayında "Koventri"dən transfer edib. İsveç millisinin üzvü olan 27 yaşlı futbolçu ötən mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 54 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti