"Fənərbaxça"nın futbolçusu Sofian Amrabat İtaliyaya qayıda bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" mərakeşli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Ağ-qaralar"ın baş məşqçisi İqor Tüdor Amrabatın oyununu bəyənir.
"Fənərbaxça" oyunçusunu satmağın əleyhinə deyil. Türkiyə klubu 28 yaşlı futbolçu üçün 15 milyon avro təzminat tələb edir.
Qeyd edəək ki, "Fənərbaxça" Sofian Amrabatı ötən ilin yayında "Fiorentina"dan transfer edib. Mərakeş millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi