"Real" Endriki icarəyə verməyə hazırdır.
Sportal.az xəbər verir ki, ESPN-in məlumatına görə, Madrid klubu braziliyalı hücumçunu müvəqqəti olaraq başqa komandaya göndərmək niyyətindədir ki, onun inkişafı dayanmasın.
"Real" rəhbərliyi və məşqçilər heyəti hesab edir ki, 19 yaşlı futbolçu üçün ən yaxşı variant La Liqanın başqa bir klubuna keçid olacaq. Bu, onun İspaniya çempionatına uyğunlaşmasına kömək edər.
Qeyd olunur ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti də Endriki 2026 Dünya Çempionatına çağırmağı planlaşdırır, lakin o da hesab edir ki, futbolçu müntəzəm oyun praktikasına malik olmaq üçün başqa bir kluba keçməlidir. Buna baxmayaraq, Endrik özü "Real"dan ayrılmaq istəmir. O, "Real"da Vinisius Juniorun yolunu təkrarlamaq istəyir və braziliyalı vingeri özünə nümunə kimi görür.
Qeyd edək ki, ötən mövsüm Endrik bütün turnirlərdə 37 oyun keçirib və 7 qol vurub.
saytlarin hazirlanmasi