“Klubdan heç kəs mənimlə əlaqə saxlamadı. Ona görə də, sonda ayrılıq baş tutdu”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Yeqor Xvalko deyib. "Kəpəz"in kapitanı olmuş belaruslu futbolçu yeni mövsümə Azərbaycanda başlamaq şanslarının olub-olmadığı haqda danışıb: "Mən Azərbaycanı çox sevirəm. Azərbaycandakı həyat tərzini də sevirəm, orada yaşamaq mənim üçün xoşdur. “Sumqayıt”dan təklifə gəlincə, bunlar daha çox şayiələr idi. Çünki “Sumqayıt”dan mənə təklif gəlsəydi, danışardıq”.
Belarus millisinin də üzvü olan Xvalko sonda Azərbaycan Premyer Liqasının səviyyəsindən bəhs edib:
"Azərbaycanda oynadığım üçün şadam. 100 faiz deyə bilərəm ki, geridə qalan 3 il ərzində mən futbolçu kimi daha da gücləndim. Ən azından çox sayda yeni futbolçu ilə tanışlığım oldu. Hər halda, Azərbaycan çempionatının səviyyəsi də yetərincə yaxşıdır. Gələcəkdə necə olacağını bilmirəm, Azərbaycan klublarından təklif gələrsə, danışmaq mümkündür".
Mirbağırağa
saytlarin hazirlanmasi